banner
banner

Hərbİ

HDQ-nin taktiki təlimlərində 1000-ə yaxın şəxsi heyət, 43 gəmi və kater iştirak edir

HDQ-nin taktiki təlimlərində 1000-ə yaxın şəxsi heyət,

Azərbaycan Respublikasının müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il döyüş hazırlığı planına əsasən, Azərbaycanın ərazi sularında ölkəmizin hərbi, siyasi, iqtisadi maraqlarına yönəlmiş təhdidlərin qarşısının alınması, Xəzər dənizinin Azərbaycan sektoruna aid hissəsində enerji infrastrukturunun müdafiəsi, mühafizəsi, bununla yanaşı, sualtı neft-qaz boru xətlərinin monitorinqinin təşkil olunması məqsədilə Azərbaycan Hərbi Dəniz Qüvvələri (HDQ) birləşmələrinin bu gündən təlimləri başlayıb.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Sübhan Bəkirov iyunun 22-də jurnalistlərə müsahibəsində deyib.

S.Bəkirov bildirib ki, təlimlərdə HDQ-nin döyüş gəmiləri dəstəsi, döyüş təminatı gəmiləri, təminedici gəmilər dəstəsi, dəniz piyada briqadası iştirak edir. Təlimin əsas məqsədi gəmi taktiki qruplarının müxtəlif şəraitlərdə döyüş hazırlığı fəaliyyətlərinin təşkil olunması, birgə əməliyyat planlarının işlənilməsi, şəxsi heyətin dəniz vərdişlərinin təkmilləşdirilməsi, gəmi taktiki qruplarının və gəmilərin tək-tək döyüş hazırlığının və onların qarşılıqlı fəaliyyətinin yoxlanılması və bir neçə tədbirlərin həyata keçirilməsidir. İki gün - iyunun 22-23-də keçiriləcək təlimdə 1000 nəfərə yaxın şəxsi heyət, 43 gəmi və kater, iki helikopter iştirak edir.

Təlimlərin üç mərhələdən ibarət olacağını vurğulayan kontr-admiral S.Bəkirov deyib ki, əsas - birinci mərhələdə komanda idarəetmənin gəmidə yaradılması, gəmilərin əsas baza məntəqəsindən çıxışı, patrullama əməliyyatları həyata keçiriləcək. İkinci mərhələdə əsas döyüş tapşırıqlarının yerinə yetirilməsi, suüstü hədəflərin, minaların vurulması və digər tapşırıqlar icra ediləcək. Üçüncü mərhələdə isə qəzaya uğramış gəminin xilas edilməsi, terrorçular tərəfindən zəbt olunmuş gəminin azad edilməsi və sair tapşırıqlar yerinə yetiriləcək. Bununla yanaşı, bütün şəxsi heyət təlimlərlə bağlı təhlükəsizlik qaydaları barədə təlimatlandırılıb. Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti təlimə tam hazırdır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.