banner
banner

Sağlamlıq

“Poxmel” olanlar oxusun: nə etməli?

“Poxmel” olanlar oxusun:

Axşamkı böyük əyləncədən və çoxlu spirtli içki qəbulundan sonra səhərlər özünə gəlmək çətin olur. “Poxmel” insan sanki bütün gününü boşuna sərf etmiş olur. Əgər siz də axşamdan qalmasızsa, bu tövsiyələrinə əməl edin.

Çoxlu su için. Spirt bədəni qurutduğu üçün bol maye qəbul etmək lazımdır. Axşam hər qədəhdən sonra bir stəkan, ertəsi gün isə 2, ya 3 litr su qəbul edin. Hindistan qozu suyu da “paxmel” olanlar üçün çox uyğundur. Suyunuza bir az dəniz duzu və limon da əlavə edə bilərsiz . Yaşıl meyvə və tərəvəzlərin suyu da elektrolit tərkibli olduğu üçün tövsiyə edilir.

B vitamini qəbul edin. Spirt bədəndəki vitaminləri öldürür. B vitamini detoks qaraciyər yolları üçün fayalıdır. Ertəsi gün B vitamin kompleksi qəbul etməniz faydalı olacaq.

Bir çox insan “poxmel” olduğu üçün ertəsi gün daha çox hamburger, “fast food”lar yeyir. Ancaq bu, yanlışdır. Daha sağlam qidalanın, səhər yeməyi üçün yumurta, avokado, ispanaq yeyin.

Spirtli içki içmədən əvvəl yemək yeyin. Mədə boş olmamalıdır. Spirtli içkidən əvvəl qəhvə  içmək olmaz. Qaraciyərə yüklənərək özünüzü daha pis hiss etmənizə səbəb olar.

Brokoli, kələm, brüksel yeyin. Limon və dəniz duzu ilə hamarlanan rəndələnmiş kök də qaraciyərə faydalıdır.

Tərləyin. Ertəsi gün yüksək tempdə idman edərək tər tökün. Yoqa da axşamdan “paxmel” qalanlara faydalıdır.

Üzün. Üzmək edə biləcəyiniz ən yaxşı şeydir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.