Ukraynanın Luqansk şəhərində keçmiş azərbaycanlı deputat, hazırda iş adamı kimi fəaliyyət göstərən şəxs yaraqlılar tərəfindən girov götürülüb.
Luqansk Azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, bu, əslən Bakı şəhərindən olan, Ukrayna vətəndaşı, Luqansk vilayəti Şurasının keçmiş deputatı, iş adamı Azad Vəliyevdir.
Məlumata görə, A. Vəliyevin oğlu Elşən Vəliyev atasının iki həftəyə yaxındır ki, itkin düşdüyünü deyib. O, adını çəkmək istəmədiyi şəxslərə istinadən atasını yaraqlılar tərəfindən döyüşən kazakların girov götürdüyünü bildirib.
A. Vəliyev 2006-2010-cu illərdə Luqans vilayət Şurasına seçilən yeganə azərbaycanlı deputat olub.
Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq məsələləri üzrə I katibi Asim Osmanov APA –ya açıqlamasında bildirib ki, keçmiş deputatın tapılması ilə bağlı yerli qurumlarla birgə araşdırma aparılacaq.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.