Nepalda çox sayda insan ölümü və yaralanması ilə nəticələnən zəlzələdən sonra bu dəfə Tayvanda yeraltı təkanlar qeydə alınıb. Tayvanın Şərqi-Çin dənizi sahillərində maqnitudası 5.2 bal olan zəlzələ meydana gəlib. Bu barədə Avropa-Aralıq dənizi seysmoloji stansiyası xəbər yayıb. Xəbərdə bildirilir ki, yeraltı təkanların episentri paytaxt Taybeydən 140 km məsafədə, adanın 14 km şimal-şərqində yerləşib. Qeyd edək ki, şənbə günü Nepalda son 80 il üçün ən güclü zəlzələ meydana gəlib. Həlak olanların sayı 1,5 mini ötüb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.