22-29 iyun tarixlərində Bakıda 19 nəfəri gün vurub.
Bakı şəhər Təcili və Təxirə Salınmaz Tibbi Yardım Stansiyasından Trend-ə verilən məlumata görə, günvurma ilə bağlı müraciət edənlərdən 7-i uşaq, 12-i böyükdür:
"Müraciət edənlərdən 7 nəfər hospitalizasiya olunub, digərlərinə isə yerində yardım göstərilib".
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.