İntihar edənlər niyə sirkə turşusu içir? - Həkimdən HƏYACAN TƏBİLİ
Son zamanlar intihar etmək istəyənlər daha çox sirkə turşusundan istifadə edirlər. Bununla bağlı dəfələrlə mediada məlumatlara rast gəlmişik. Bəs görək, niyə insanlar canlarına qəsd etmək üçün sirkə turşusuna üz tuturlar? Əslində bu turşu necə istehsal edilməlidir?
Musavat.com lent.az-a istinadla bildirir ki, suala Azərbaycan Tibb Universitetinin Bioloji kimya kafedrasınin dosenti Fuad İslamzadə aydınlıq gətirib. O bildirib ki, postsovet ölkələrindən başqa heç yerdə sirkə turşusu 79 faizlə istehsal edilmir:
"Sirkə turşusu ilə zəhərlənmə bütün digər zəhərlənmələrdən öz dəhşətli nəticələrinə görə fərqlənir. Hətta ölümlə nəticələnməsə belə, insan dəhşətli əzablara məruz qalır. Səbəb isə pərakəndə ticarət şəbəkələrində 70 faizli gizli sirkə turşusunun açıq şəkildə satılmasıdır. Bu maddə məişətdə 20 dəfə durulaşdırıldıqdan sonra işlədilir. Lakin görünüşünə görə sudan fərqlənmədiyi üçün bəzən (ələlxüsus açıq şəkildə saxlanıldıqda) yanlışlıqla qəbul edilərək, insan sağlamlığına ağır zədə vura bilir.
Qeyd etmək istəyirəm ki, müasir dövrdə postsovet məkanından başqa dünyanın heç bir ölkəsində ərzaq maddəsi kimi 79 faizli sirkə turşusu istehsal edilmir. Adətən bu maddə 5-10 faizli məhlul şəklində istehsal edilib satışa buraxılır və belə halda sağlamlıq üçün zərər verə biləcək xassəyə malik olmur. Buna görə də, zənn edirəm ki, bizim ölkədə də əhaliyə 70 faizli sirkə turşusu satılmasının qadağan edilməsinə çalışmalıyıq".
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.