banner
banner

Dünya

“Prezidentlikdən gedə bilərəm...”- PUTİN

“Prezidentlikdən gedə bilərəm...”-
Rusiya prezidenti Vladimir Putin prezidentlikdən getməyi tamamilə mümkün sayır. Bu barədə o, “Prezident” filmində dövlət başçısı postunda 15 illik fəaliyyəti ilə bağlı sualı cavablandırarkən deyib. 
“Özümü tamamilə bu vəzifədən kənar təsəvvür edə bilərəm” – bildirib Putin: “Əgər insan adi mənzilə qayıdıb orada yaşaya bilirsə, nəinki saray interyerlərində mövcud ola bilir, o zaman hesab edirəm ki, o, xarici aləmlə əlaqəni itirməyib”.
Rusiya prezidenti hakimiyyətə gəlişinin ilk illərində -  hökumətə rəhbərlik elədiyi dövrdə oliqarxların təzyiqləri ilə üzləşdiyini də söyləyib. “Yeltsin elan edəndə ki, mən prezidentliyə namizəd olacağam, onlardan bəziləri yanıma, kabinetə gəldilər və düz qarşımda oturub dedilər: “Başa düşürsünüz də, siz burada heç vaxt prezident ola bilməyəcəksiniz”. Mən isə onlara dedim: “Baxarıq da””.
Oliqarxları necə neytrallaşdırmağa gəlincə, Putin qısaca belə “Bunu müxtəlif cür, müxtəlif vasitələrlə etdim” – deyib.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.