banner
banner

Hərbİ

Qarabağda Şahbaz Quliyevi əməliyyat etdilər

Qarabağda Şahbaz Quliyevi əməliyyat etdilər

Dağlıq Qarabağda azərbaycanlı girov Şahbaz Quliyev əməliyyat olunub. 

Oxu.Az xəbər verir ki, bu barədə “Kavkazskiy uzel” məlumat yayıb. 

Məlumata əsasən, Şahbaz Quliyev öd kisəsinin xroniki tutması nəticəsində əməliyyat olunub. Quliyevin vəziyyətinin yaxşı olduğu bildirilir.

Qeyd edək ki, erməni separatçıalrı qondarma “məhkəmə”də Dilqəm Əsgərova ömürlük, Şahbaz Quliyevə isə 22 illik həbs cəzası veriblər. 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.