banner
banner

Şou

Öz şəklini paylaşdığına görə 150 min ödəyəcək

Öz şəklini paylaşdığına görə 150 min ödəyəcək

Müğənni-model Dua Lipa öz şəklini paylaşdığı üçün məhkəməlik olub.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, 25 yaşlı müğənni paparatzilərin çəkdiyi şəkli hesabında yerləşdirdirib. Ardından "Integral Images" fotoda müəllif hüquqlarının pozulduğunu iddia edərək müğənnini məhkəməyə verib.  

Məhkəməyə təqdim olunan sənəddə müğənninin fotonu marketinq vasitəsi kimi paylaşıldığı qeyd olunub. Bu səbəbdən Dua Lipadan 150 min dollar təzminat ödəməsi tələb olunur.

Şirkət təzminatla yanaşı, məhkəmə, vəkil xərclərini qarşılanmasını və gələcəkdə müəllif hüquqlarını pozan hərəkətlərin təkrarlanmaması ilə bağlı qərarın qəbul edilməsini tələb edir.

Qeyd edək ki, sözügedən fotoda müğənni böyük bir şapka taxaraq hava limanından çıxır.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.