Yeməkdən sonra stressli, gərgin, yorğun olduğunuz anlarda mədəniz sizi başqa qidalar da qəbul etməyə vadar edir. Bu zaman ağır, yağlı, bol ədviyyatlı yeməklər gecə pis yatmağınıza və mədənizdə ağrıların yaranmasına səbəb ola bilər.
Axşam.az gecə yatmazdan əvvəl yeyə biləcəyiniz 4 qidanı təqdim edir:
1. Saçaqlı pendir
Az yağlı və zülallarla zəngin olan bu pendir növü sizi tox tutmağa yardımçı olacaq. Yanında 1 dilim qızardılmış çörək, üzüm və xiyar yeyə bilərsiniz.
2. Fındıq, fıstıq, qoz
Bu qidalar özündə gözəl və sağlam yuxu təmin edən melatonin ehtiva edirlər. Maqneziumla zəngin olan qoz əsəbləri sakitləşdirir. Fıstıq isə yaxşı yatmanıza kömək edəcək və sizi tox tutacaq
3. Meyvəli yoqurt
Sizi tox tutmaqla yanaşı qandakı şəkəri azaldır, həzm prosesinə yardımçı olur. Bal, fındıq, fıstıq kimi qidalar da əlavə edərək fərqli dadlar əldə edə bilərsiniz.
4. Popkorn
Duz və zeytun yağından az istifadə edərək yediyiniz partladılmış qarğıdalı sizi gecə boyunca tox tutacaq. Hətta onu hissələrə bölərək saxlaya da bilərsiniz. Bu zaman film izləyərkən fərqində olmadan həddindən çox qəbul etməmiş olarsınız.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.