banner
banner

Sağlamlıq

Sizin də "dəniz xəstəliyi"niz var?

Sizin də "dəniz xəstəliyi"niz var?

Dəniz xəstəliyi hamıya məlum olan bir xəstəlik növüdür. Amma çoxları bunu bir xəstəlik kimi qəbul etmir.

 

Axşam.az xəbər verir ki, bəzi insanlar avtomobilə, təyyarəyə, avtobusa minərkən ürəkbulanmasından, başgicəllənməsindən, yorğunluq və əzginlikdən əziyyət çəkirlər. Bu hala payız və qış aylarında daha çox rastlanır.

Buna "dəniz xəstəliyi" deyilir. Xəstəliyə bütün yaş qrupuna daxil olan insanlarda rast gəlinir. Dəniz xəstəliyi daxili qulaq, göz və boğaz xəstəlikləri zamanı başlayır. Xəstəlik sinir sistemi ilə əlaqədardır.

Bunun qarşısını almaq üçün aşağıdakıları etmək məsləhətdir:

· Yola çıxanda özünüzlə limon və zeytun götürün.

· Bir stəkan qaynar suya 0,5 çay qaşığı zəncəfil töküb dəmləyin. İlıq halda olan qarışığı yola çıxmazdan yarım saat əvvəl için.

· Yola çıxmazdan əvvəl arasına buz qoyulmuş dəsmalla sinənizi və alnınızı silin. Əgər buz yoxdursa, onu soyuq su ilə də əvəz etmək olar.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.