banner
banner

Sosİal

Alimimiz elmi mükafat aldı

Alimimiz elmi mükafat aldı

Qazaxıstanın Qarağanda şəhərində “Fitokimya” Beynəlxalq elmi praktiki mərkəzin 20 illik yubileyinə həsr edilmiş “Fitokimyanın nailiyyətləri və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib. 

AMEA Botanika İnstitutu Elmi İnformasiya və İnnovasiya şöbəsindən ANS PRESS-ə bildirilib ki, Qazaxıstanın Təhsil və Elm Nazirliyi, Səhiyyə Nazirliyi, Sosial İnkişaf Nazirliyi, QMEA və Qarağanda vilayətinin İcra hakimiyyətinin təşəbbüsü ilə təşkil olunmuş konfransa dövlət nümayəndələrilə yanaşı ABŞ, Çin, Pakistan, Çexiya, Rusiya, Belarusiya, Özbəkistan, Qırğızıstan, Azərbaycan və Qazaxıstanın bir sıra elmi tədqiqat təşkilatlarının 150-dən çox aparıcı alim qatılıb.

Yuxarida adı çəkilən mühüm tədbirin təşkilatçılarının xüsusi dəvəti ilə konfransda AMEA Botanika İnstitutunun baş elmi işçisi, Azərbaycan Rerspublikasının Əməkdar Elm Xadimi, k.ü.d., professor Siracəddin Sərkərov iştirak edib. Konfransda professor S.Sərkərovun “Kiçik malekulalı birləşmələrin xemotaksonomik əhəmiyyəti “ adlı məruzəsi çox böyük maraqla qarşılanıb.

Həmçinin, tədbir zamanı S.Sərkərov 80 illik yubileyi münasibətilə təntənəli şəkildə Qazaxıstanın Təhsil və Elm Nazirliyinin “Elminin inkişafında xidmətlərinə görə nişanı” ilə təltif olunub və ona Qazaxıstanın milli geyimi hədiyyə edilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.