banner
banner

Gündəm

Azərbaycanda narkomanların sayı niyə sürətlə artır? - Komitə sədrindən cavab

Azərbaycanda narkomanların sayı niyə sürətlə artır?

“Narkomaniyanın erkən profilaktikasında uşağın mikrososial mühitinin sağlamlaşdırılması üzrə valideynlərlə aparılan iş həlledici əhəmiyyətə malik olur”.

Bunu Bakupost.az -a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

Onun sözlərinə görə, bu gün bir çox valideynlər belə hesab edirlər ki, övladlarının xoşbəxt olması üçün onları maddi cəhətdən təmin etmək, onun həyatından istisnasız olaraq bütün çətinlikləri çıxarmaq lazımdır. Lakin uşağı tərbiyə etmək, ona zaman ayırmaq, onun həyatında iştirak etmək daha vacibdir: “Uşağa maddi cəhətdən təmin olunmuş şərait yaratmaq həmin valideynin tam olaraq öz vəzifəsini yerinə yetirdiyi anlamına gəlməməlidir. Çünki valideyn övlad tərbiyə edir, şəxsiyyət yetişdirir. O, daim övladı ilə maraqlanmalı, onu cəmiyyətə, həyatın sınaqlarına hazırlamalıdır. Valideyn öz övladına bir dost kimi, onu anlayan və təcrübəli bir insan kimi yanaşmalıdır. Ona görə də bu gün təkcə uşaq, yeniyetmə və gənclərlə deyil, həm də onların valideynləri ilə ayrıca və qarışıq qruplarda, yəni həm uşaqlar, həm də valideynlərdən ibarət qruplar təlimlər keçirilməli, xüsusi kurslar təşkil olunmalıdır”.

Bəşəriyyətin uzun illərdir ki, narkomaniyanın törətdiyi dəhşətli fəsadlar qarşısında aciz qaldığını deyən H.Hüseynova Azərbaycanın da bu xəstəlikdən yan keçməməsinə təəssüflənir.

Onun sözlərinə görə, ailədaxili münaqişələrin, məişət zəminində zorakılıqlar uşağın psixologiyasına çox pis təsir göstərir. Ailədə bu hadisələrə görə aldığı travma isə böyüyən uşaqlar adətən, narkomana çevrilirlər: “Ailənin qorunması üçün sağlam həyat tərzinin olması çox vacibdir. Lakin təəssüflər olsun ki, bu gün insanlar, xüsusilə gənclər, o cümlədən də qadınlar zərərli vərdişlərə qurşanır, bu isə ya ailənin dağılması, ya ailə üzvünün xəstəliyə düçar olması və vaxtsız vəfat etməsi, ya da xəstə, fiziki qüsurlu uşaqların doğulması ilə nəticələnir. Buna görə də narkomaniya problemi bu gün çox aktualdır”.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.