banner
banner

Dünya

Merkel Putinlə “Şimal Axın 2” boru kəmərini müzakirə edib

Merkel Putinlə “Şimal Axın 2” boru kəmərini müzakirə edib

Almaniya Kansleri Angela Merkellə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Almaniya hökumətinin mətbuat xidməti məlumat yayıb. Tərəflər arasında telefon danışığının əsasən Ukraynanın şərqindəki münaqişənin sülh yolu ilə həllinə dair Minsk razılaşmalarının həyata keçirilməsinə dair aparıldığı vurğulanıb.

İki ölkə lideri qarşılıqlı münasibətlərlə yanaşı, həmçinin, Ukraynadan qaz tranziti və “Şimal Axın 2” boru kəmərinin nəqli məsələlərini də müzakirə ediblər.
Qeyd edək ki, bu gün Berlinlə Vaşinqtonun “Şimal Axın 2” boru kəməri ilə bağlı müqavilə imzaladığı məlum olub.

ABŞ Dövlət Katibinin müavini Viktoriya Nuland deyib ki, Rusiya sözügedən enerji ixracatını Avropa dövlətlərinə qarşı bir silah olaraq istifadə edərsə, Almaniya Moskvaya qarşı sanksiyalar tətbiq edəcəyinə söz verib.

Rəsmi Moskva, öz növbəsində, “Şimal Axın 2”nin həm Rusiya, həm də Avropa Birliyi üçün faydalı bir ticarət layihəsi olduğunu bəyan edib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.