banner
banner

Sosİal

Borçalı” cəmiyyətində qalmaqal

Borçalı” cəmiyyətində qalmaqal

Tiflisdə Gürcüstan Qarapapaq Türkləri Birliyinin (GQTB) sədri Elmar Həsənli mətbuat nümayəndələri ilə görüşündə “Borçalı” cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin Borçalı ilə bağlı siyasi karyerasının bitdiyini dilə gətirib.

O bildirib ki, Z.Məmmədli Gürcüstana buraxılmır, buna görə də “Borçalı” cəmiyyətinə yeni sədr lazımdır: “Ancaq o, bu addımı normal qaydada istefa verməklə ata bilər. Borçalı cəmiyyətinin qurultayında Zəlimxan Məmmədli onsuz da biabırçı şəkildə vəzifəsindən kənarlaşdırılacaq”.

“Borçalı” cəmiyyətinin sədri Zəlimxan Məmmədli haqqında deyilən ittihamlara cavab verib.

O, AzNews.az-a Gürcüstan Qarapapaq Türkləri Birliyi adlı qurumu tanımadığını vurğulayıb: “Tanımadığım bir qurumun rəhbəri haqda fikir yürütmək istəmirəm. Görəsən o, bu sözləri hansı haqla və nəyə əsaslanaraq deyib”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.