banner
banner

Sağlamlıq

Yata bilməyənlər oxusun

Yata bilməyənlər oxusun

Bir çox insan yuxusu olduğu halda yata bilməməkdən şikayətlənir. Lakin bəzi üsullardan istifadə edərək yuxuya getmək mümkündür.

 

Axşam.az daha tez yuxuya getmək üçün etməli olduğunuz bir neçə üsulu təqdim edir.

1) Corab geyinmək

Corab geyinmək bədəninizi isti saxlayacaq. Bütün bədəni dolaşan isti qan sürətli yuxuya getməyinizə yardımçı olacaq.

2) Ayaq barmaqlarını masaj edin

Ayaq barmaqlarınızı əyməyə, masaj edərək yumşaltmağa çalışın. Bu zaman hiss etdiyiniz rahatlıq bədəninizə yayılacaq və sizə yuxu gətirəcək.

3) Oyaq qalmağa çalışın

Aparılan araşdırmalara görə, beyninizə yatmaq istəmədiyinizi söyləməklə, tam əksi yuxuya gedə bilərsiniz. Buna tərs psixologiya deyilir. Uzanın və yatmaq istəmədiyinizə beyninizi inandırın. Gözlərinizin nə zaman bağlandığının fərqində olmayacaqsınız.

4) Gün ərzində etdiklərinizi düşünün

Nə yediyinizi, işə nə vaxt çatdığınızı, kimlərlə danışdığınızı düşünün. Bu zehninizi rahatladacaq və sizə dərin yuxuya getməkdə kömək edəcək.

5) Nəfəsinizi sayın

4-7-8 nəfəs üsulundan istifadə edin. 4 saniyə nəfəs alın və nəfəsinizi 7 saniyə saxlayın, daha sonra 8 saniyə ərzində nəfəsinizi verin. Bunu bir neçə dəfə etməyə çalışın.

6) Üzünüzü soyuq su ilə yuyun

Yatmazdan əvvəl üzünüzü soyuq su ilə yuyunmağa çalışın. Bu ürək döyüntüsünü və qan təzyiqini azaldacaq.

7) Ayaqlarınızın arasına balış qoyun

Əgər arxası üstə yatırsınızsa, dizlərinizin altına balış qoyun. Bu, onurğanızdakı stressi azaldacaq. Yan tərəfə uzandıqda isə balışı ayaqlarınızın arasına qoyun bu belinizi daha düz qalmasına kömək edəcək. Bu zaman daha rahat yuxuya gedə biləcəksiniz.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.