Ötən gün PTT 1-ci liqanın XXIX turu çərçivəsində "Osmanlıspor"un qonağı olan "Kayserispor"un heyətində son dəqiqədə dəyişiklik edilib. Oyundan əvvəl isinmə hərəkətləri edərkən zədə alan Kamran Ağayev son anda heyətdən kənarlaşdırıldı. "Kayserispor"un rəsmi "Facebook" səhifəsi millimizin qapıçısının vəziyyətini açıqlayaraq onun sol əlinin 4 və 5-ci barmağından zədələndiyini, son durumu haqda məlumat rentgen müayinəsindən keçdikdən sonra veriləcəyini elan etmişdi. Artıq Kamranın durumuna aydınlıq gəlib. Məlum olub ki, millimizin qapıçısının bir barmağı qırılıb, biri isə çıхıb. Qolkiperin nə vaхt sağalacağı məlum deyil.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.