Türkiyə ordusunun hərbçisi İraqın şimalında terrorçuların açdığı atəş nəticəsində həlak olub.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi özünün tvitterdəki səhifəsində məlumat yayıb.
Hadisə “Pence-Şimşek” əməliyyatı zonasında, Hakurk bölgəsində qeydə alınıb. Nazirlik şəhidin ailəsinə başsağlığı verib.


