banner
banner

Dünya

Floridada dağılan binada ölənlərin sayı 98 nəfərə çatdı

Floridada dağılan binada ölənlərin sayı 98 nəfərə çatdı

ABŞ-ın Florida ştatının Mayami şəhəri yaxınlığındakı Sörfsayd qəsəbəsində yaşayış binasının dağılmasının son qurbanı aşkarlanıb və onun şəxsiyyəti müəyyənləşdirilib.

“Report” xəbər verir ki, bu barədə “NBC 6 South Florida” telekanalı həlak olmuş şəxsin ailəsinə istinadən bildirib.

Bununla da faciə zamanı həlak olanların ümumi sayı 98 nəfərə çatıb. Bu halda polis hələ informasiyanı təsdiq etməyib.

Qeyd edək ki, bir neçə gün əvvəl Mayami-Deyd dairəsinin məhkəməsi yaşayış evinin dağılması nəticəsində həlak olanların və zərərçəkənlərin ailə üzvlərinə azı 150 milyon ABŞ dolları məbləğində təzminat ödəmək barədə qərar çıxarıb.

Florida ştatında 12 mərtəbəli binanın bir hissəsi iyunun 24-də uçub.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.