Bu gün Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli komandası “Legiya” ilə birgə Estoniyaya yola düşüb.
Qol.az-ın xəbərinə görə, Varşava klubunun rəsmi Feysbuk səhifəsi hava limanından futbolçumuzdan da yer aldığı şəkli “Mahir neçə qol vuracağını göstərir” sözləri ilə paylaşıb.
Qeyd edək ki, iyulun 27-də Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Legiya” Tallində yerli “Flora” ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 20.00-da başlanacaq. Bu komandaların Polşadakı ilk görüşündə Mahirin komandası 2:1 hesabı ilə qələbə qazanıb.
Əlavə edək ki, M.Emreli qrip olduğu üçün ötən şənbə günü “Visla”la (Plok) ilə yerli liqanın ilk turunun oyununda iştirak etməyib. Baş məşqçi Çeslav Mixneviçin futbolçumuzu “Flora” ilə görüş üçün qorumaq məqsədilə bu addımı atdığı bildirilir.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.