banner
banner

Gündəm

Nazir Bakıya “Qarabağ”la eyni təyyarədə qayıtdı –Şəkillər

Nazir Bakıya “Qarabağ”la eyni təyyarədə qayıtdı –Şəkillər

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın həmsədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun başçılıq etdiyi nümayəndə heyəti İsraildə işgüzar səfərdə olub.

Qol.az-ın xəbərinə görə, nazir səfərlə eyni vaxtda təşkil olunan Konfrans Liqasının "Aşdod" (İsrail) - "Qarabağ" (Azərbaycan) oyununu izləyib. O, Aşdod şəhərinə gedərək matça stadiondan canlı baxıb. Nazirlə yanaşı oyunu izləyənlər arasında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov, İctimai Televiziyanın baş direktoru Balakişi Qasımov da olub.

 Onlar “Qarabağ”ı qələbə qazanaraq Konfrans Liqasında üçüncü mərhələyə keçmələri münasibəti ilə təbrik ediblər.

Qeyd edək ki, səfərini başa vuran M.Cabbarov, O.Məmmədov və B.Qasımov “Qarabağ”la eyni təyyarədə Bakıya qayıdıblar.







Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.