banner
banner

Gündəm

Azərbaycanlılar çətinə düşüb

Azərbaycanlılar çətinə düşüb

Nepalda zəlzələ qurbanlarının sayı artmaqda davam edir. Azərbaycan dövləti isə bu dəfə də hümanist addım ataraq həm sadə nepallılara yardım göndərdi, həm də orada qalan azərbaycanlıarı gətirmək üçün təyyarə yolladı.
Nepalda güclü zəlzələdən ölənlərin sayı 3700 nəfərə çatıb. Onlardan mini paytaxt Katmandu sakinləridir. Təxminən 6500 nəfər xəsarət alıb. Güclü yeraltı təkanlar nəticəsində Nepalda, eləcə də həmsərhəd ölkələrdə ölü sayının artacağı istisna deyil.
Hindistanda 66 nəfər, Çinin Tibet bölgəsində 17 nəfərin həlak olduğu bildirilir. Banqladeşdə iki nəfərin ölümü qeydə alınıb. Zəlzələdən sonra dağıntılar altında qalanların axtarışlara fasiləsiz olaraq davam edir. Lakin, xırda təkanlar işləri çətinləşdirir.
“Bu cür zəlzələ nəticəsində sağ qalanları çıxarmaq çox çətindir. Bizim avadanlıq və texnikamız çətinliklə işləyir. Afterşoklar işimizi çox çətinləşdirir. Elə bir az əvvəl bir nəfəri qalıqlar altından çıxarmaq istəyərkən 7 bal gücündə təkan baş verdi. Biz çox ehtiyatlı olmasaq, ikinci bir faciə baş verə bilər”, – deyə axtarış qrupunun rəhbəri Fu Syaoquan bildirib.
Son sutka ərzində 45 müxtəlif dərəcəli yeraltı təkan qeydə alınıb.
Bu arada zəlzələ nəticəsində Everest dağında baş vermiş qar uçqunun həvəskar görüntüləri yayılıb. Kadrlarda dumanlı hava şəraitində qar uçqununun hərəkəti əks olunub. Uçqun bir neçə saniyə içində orada olan alpinistlərin üzərini örtüb. 22 alpinistin öldüyü bildirilir.
Uçqundan xilas olunan nepallı bələdçilərdən biri qarın altından qışqırıq səslərinin gəldiyini bildirib. Hazırda bölgədə xilasetmə işləri aparılır.
Dünya ölkələri Nepalda zəlzələdən zərər çəkənlərə yardım göndərməyə başlayıb. 
Axtarış-xilasetmə işlərinə yardım üçün yanğınsöndürənlər briqadası və tibbi ləvazimatlar göndərilib.
Prezident İlham Əliyevin göstərişilə Azərbaycan Nepala humanitar yardım göndərir. FHN ibarət qrup həmçinin azərbaycanlıların təxliyəsi üçün işlər görəcək. 
Azərbaycanın Hindistandakı səfirliyindən  verilən məlumata görə, Nepalda 14 azərbaycanlının təxiliyəsilə bağlı işlərə başlanıb. Onların arasında 6 uşaq da var. 
Körpələrdən biri zəlzələ zamanı bədənində sıyrıq xəsarətləri alıb. Hazırda onun vəziyyəti yaxşıdır.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.