Azərbaycanda “Azərbaycan Oğlanların İnnovasiya Düşərgəsi” təşkil olunub.
Amerikanın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi, Amerika Təhsilli Məzunlar Assosiasiyasının təşkilatı dəstəyi və Amerika təhsil proqramları məzunlarının təşəbbüsü ilə baş tutan tədbir iyulun 24-29-da keçirilib.
Düşərgənin məqsədi Azərbaycanın Gəncə, Goranboy, Yevlax, Bərdə və Füzuli bölgələrindən olan 12-15 yaşlı oğlanların robotika və proqramlaşdırma sahəsində məlumatlığının artırılması və gənclərin biznes bacarıqlarının inkişaf etdirilməsi vasitəsi ilə regionların sosial-iqtisadi inkişafına dəstək verilməsidir. İnnovasiya düşərgəsi müddətində bu əsas istiqamətlər üzrə təlimlərdən əlavə iştirakçılarla icma problemlərinin üzə çıxarılması və onların biznes xarakterli həll yollarının tapılması, startapların yaradılması və idarə edilməsi, liderlik, komanda işi, tənqidi düşüncə bacarığı, karyera planlaması haqqında müzakirələr aparılıb. Düşərgənin sonunda iştirakçılar düşərgə müddəti ərzində formalaşdırdığı biznes ideyalarının təqdimatını həyata keçirib, seçilən ən yaxşı ideyalar mükafatlandırılıb.
Müxtəlif regionlardan olan yeniyetmə oğlanların düşərgə bitdikdən sonra da biznes və şəxsi əlaqələrinin saxlanması məqsədi ilə düşərgənin Facebook səhifəsi yaradılıb. “Azerbaijan Boys Innovation Camp” adlı səhifəyə keçid edərək düşərgə haqqında ətraflı məlumat ala bilərsiniz.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.