"The Suicide Squad" filminin premyerasına qatılan müğənni Rita Ora ilk dəfə sevgilisi rejissor-aktyor Tayka Vaytiti ilə birlikdə görüntülənib.
Cütlük qırmızı xalça üzərində əl-ələ tutaraq kameralara poz verib.
Qeyd edək ki, Rita Ora 2021-ci ilin əvvəlində fransalı prodüser Romain Qavrasla münasibətini sonlandırıb. Tayka Vaytiti isə 2018-ci ildə keçmiş həyat yoldaşı Çelsi Uinstenlidən boşanıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.