banner
banner

Gündəm

Bülənd Arınc vidalaşdı

Bülənd Arınc vidalaşdı

Türkiyə baş nazirinin müavini, hökumət sözçüsü və parlamentin sabiq spikeri Bülənd Arınc nazirlər kabinetinin son iclasından sonra baş nazirlik müxbirləri ilə vidalaşıb. 
Cia.az-ın məlumatına görə, haskim Ədalət və İnkişaf Partiyasından (AKP) millət vəkili olan və AKP-nin daxili nizamnaməsinə görə, bu il namizəd ola bilməyəcək Arınc vəzifəsini layiqli şəkildə yerinə yetirməyə çalışdığını deyib. 
“Son 4.5 ildir hökumət sözçüsüyəm. Bu vəzifəmi layiqli şəkildə, əskiyiylə, səhvləri ilə, artıqlamasıyla yerinə yetirməyə çalışdım. Hər halda bir daha qarşılaşmayacağıq. Nazirlər kabinetinin son iclası olduğundan, mənim də aktiv siyasi həyatın iyunun 7-də başa çatacağından yeni hökumət sözçümüz hər halda çox dəyərli bir qardaşımız olacaq. Baş nazirliyin müxbirləri dediyimiz siz dəyərli dostlarımdan həm halallıq istəyirəm, həm də sizə böyük uğurlar arzulayıram. Allaha əmanət olun”. 
Bülənd Arınc mətbuat konfransından sonra jurnalistlərlə şəkil çəkdirib. 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.