Səudiyyə Ərəbistanı Yəməndəki husilərin hədəsi ilə üzləşib.
ANS PRESS-in məlumatına görə, Husilərin liderlərindən olan Hadi əl-Acilaqi şiə-qiyamçı qrup Ənsarullahın Səudiyyə Ərəbistanındakı neft və sanaye obyektləri ilə yanaşı, dənizdəki gəmilərini vura biləcək modern raketlər aldıqlarını açıqlayıb. Bu barədə “Fars News Agency” xəbər yayıb.
Xəbərdə bildirilir ki, Hadi əl-Acilaqi sahib olduqları raketlərin Səudiyyə Ərəbistanının mövcud əməliyyat strategiyasını dəyişməyə qadir olduğunu deyib.
Husi lideri raketlərn dəqiq sayını açıqlamasa da, həmin raketlərin çox həssas və uzun mənzilli olduğunu vurğulayıb.
Ərəb koalisiyası bundan əvvəl husilərə aid silahların 80 %-nin məhv edildiyi barədə məlumat yaymışdı.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının başçılığ ilə koalisiya qüvvələri Yəmənin böyük hissəsinə nəzarət edən şiə üsyançılarına (husilər) qarşı hərbi əməliyyatlar keçirir. Hərçənd, aprelin 21-də ərəb ölkələri koalisiyası Yəməndə hərbi əməliyyatın sona çatdığını bəyan etmişdi.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.