banner
banner

İdman

Avropa Liqası: “Qalatasaray” “Sent-Conston”la heç-heçə edib

Avropa Liqası: “Qalatasaray” “Sent-Conston”la heç-heçə edib

“Qalatasaray” Avropa Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Türkiyə klubu doğma arenasında Şotlandiya təmsilçisi “Sent-Conston”u qəbul edib. “Başahşəhər Fatih Terim” stadionunda keçirilən görüşdə 2 qol vurulub. Əvvəlcə 56-cı dəqiqədə “cim-bom”un kapitanı Fernando Muslera qırmızı vərəqə alıb. Təyin olunan penaltini dəqiq yerinə yetirən Ceyson Kerr qonaqları önə keçirib. Lakin azlıqda çıxış edən “sarı-qırmızılılar” cəmi 2 dəqiqə sonra bərabərlik topunu vurub. Yeni transfer Saşa Boey fərqlənərək, matçda son nöqtəni qoyub -1:1.

Bu komandalar arasında cavab oyunu avqustun 12-də Pertdə keçiriləcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.