banner
banner

Dünya

Pekin ABŞ-ın Honkonq memorandumuna etiraz edir

Pekin ABŞ-ın Honkonq memorandumuna etiraz edir

Çin Honkonq sakinlərinin müəyyən kateqoriyalarına ABŞ -da müvəqqəti sığınacaq verilməsinə dair memorandumun əleyhinə çıxış edir. Pekində hesab edilir ki, bu, ölkənin daxili işlərinə açıq müdaxilədir. Azvision.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) Honkonq üzrə səlahiyyətli nümayəndəliyi məlumat yayıb.

Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden dünən Çin hakimiyyəti tərəfindən təqib oluna biləcək Honkonq sakinlərinin müəyyən kateqoriyalarına ölkədə müvəqqəti sığınacaq hüququ verən fərman imzalayıb. Bayden, həmçinin Honkonq sakinlərini ABŞ-da işlə təmin etməyə də göstəriş verib.

Çin Xarici İşlər Nazirliyinin bölgə üzrə nümayəndəliyi bu memoranduma kəskin etirazını bildirib və sənədi qınayıb. Bunu, Honkonqun və Çinin daxili işlərinə müdaxilə adlandırıb. Hesab olunur ki, Vaşinqton beynəlxalq hüquq və beynəlxalq münasibətlərin əsas normalarını kobud şəkildə pozur.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.