banner
banner

İdman

"Barselona"nın Messinin gedişindən sonra itirəcəyi məbləğ açıqlanıb

"Barselona"nın Messinin gedişindən sonra itirəcəyi məbləğ açıqlanıb

"Brand Finance" konsaltinq şirkəti argentinalı futbolçu Lionel Messinin "Barselona"dan gedişinin maliyyə nəticələrini qiymətləndirib.

"Report" xəbər verir ki, mütəxəssislər klubun maliyyə itkilərinin 137 milyon avro dəyərində olacağını açıqlayıblar.

Bu məbləğə gəlir itkiləri, markanın istifadəsi ilə əlaqədar reklam qazancı və s. daxildir. 34 yaşlı forvardın gedişindən sonra "Barselona" brendinin dəyəri 11% azalacaq.

La Liqa təmsilçisi sponsorluq gəlirindən 77 milyon avro, forma və digər malların satışından isə 43 milyon avro itirəcək.

Qeyd edək ki, Lionel Messinin Fransanın PSJ klubuna keçəcəyi gözlənilir.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.