banner
banner

İdman

PSJ Messiyə görə Poqbanı almaqdan imtina edib

PSJ Messiyə görə Poqbanı almaqdan imtina edib

Fransanın PSJ komandası İngiltərənin "Mançester Yunayted" klubunda çıxış edən Pol Poqbanı transfer etmək fikrindən daşınıb.

"Report" "Le Parisien"ə istinadən xəbər verir ki, Paris təmsilçisi İspaniya "Barselona"sı ilə vidalaşan Lionel Messinin transferi üçün bu qərarı verib.

Hazırda bütün diqqətini argentinalı hücumçunun komandaya cəlb olunmasına ayıran rəhbərlik əlavə xərcə düşmək istəmir.

Buna baxmayaraq, "qırmızı şeytanlar" 50 milyon avro təzminat qarşılığında fransalı yarımmüdafiəçini buraxmağa hazır olduqlarını bildiriblər.

Qeyd edək ki, Pol Poqbanın "Mançester Yunayted"lə 2022-ci ilin yayınadək müqaviləsi var.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.