Toni Koskela: "Neftçi" ilə oyunun nəticəsi inkişaf baxımından vacibdir"
Daha yaxşısını edə biləcəyimizə inanıram. Bunu hiss etməyim mənim üçün çox vacibdir".
"Report"un məlumatına görə, bunu Finlandiyanın HİK (Helsinki) klubunun baş məşqçisi Toni Koskela evdə "Neftçi"yə qarşı keçirəcəkləri UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunu barədə danışarkən deyib.
38 yaşlı mütəxəssis bildirib ki, bu matçda qazanılacaq yaxşı nəticə komandanın inkişafı baxımından önəmlidir: "Bu yolda inam və həvəslə işimi davam etdirəcəyəm".
Qeyd edək ki, avqustun 12-də oynanılacaq HİK - "Neftçi" matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb