banner
banner

İdman

Messi PSJ-yə keçidindən danışdı

Messi PSJ-yə keçidindən danışdı

PSJ-nin yeni transferi Lionel Messi Paris təmsiliçisinə keçidi haqda danışıb.

Qol.az xəbər verir ki, argentinalı hücumçu klubun mətbuat xidmətinə açıqlamasında PSJ-dəki ilk oyununu böyük həvəslə gözlədiyini deyib:

"PSJ-də karyeramda yeni bir səhifə açmağı səbirsizliklə gözləyirəm. Klub və onun futbola baxışı mənim ambisiyalarımla tam uyğundur. PSJ-nin nə qədər istedadlı oyunçulardan təşkil olunduğunu bilirəm. Onlarla birlikdə klub və azarkeşlər üçün gözəl bir iş görməyə qərarlıyam. "Park De Prens" stadionunda meydana çıxacağım anı gözləməyə səbrim çatmır".

Qeyd edək ki, PSJ ilə iki illik müqavilə imzalayan Messi bu gün "Park De Prens" stadionunda mətbuat konfransı keçirəcək.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.