banner
banner

İdman

“Neftçi” Namiqi Finlandiyaya aparmadı

“Neftçi” Namiqi Finlandiyaya aparmadı

"Neftçi" "Bursaspor"a (Türkiyə) keçəcəyi gözlənilən hücumçusu Namiq Ələsgərovu HİK-lə oyun üçün Finlandiyaya aparmayıb.

Qol.az xəbər verir ki, paytaxt təmsilçisi bu gün Helsinkiyə yola düşüb. “Neftçi” sabah Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab görüşündə meydana çıxıcaq. HİK-lə Bakıdakı oyun 2:2 hesabı ilə yekunlaşıb.

N.Ələsgərovun Helsinkiyə aparılmaması futbolçunun zədəli olması ilə əlaqələndirilir. Lakin bu addımı cəzalandırma da hesab etmək olar. "Neftçi" Ələsgərovu buraxmaq istəməsə də, 26 yaşlı futbolçu legioner həyatı yaşamaqda israrlıdır. O, hazırda Bakıda fərdi məşqlər edir.

Məlumata görə, “Neftçi” ağır infeksuyaya yoluxan mərkəz müdafiəçisi Huqo Bastonu da Bakıda saxlayıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.