banner
banner

Hərbİ

Narkomaniyaya qarşı mübarizə mövzusunda Orduda tədbirlər keçirilib (FOTO)

Narkomaniyaya qarşı mübarizə mövzusunda Orduda tədbirlər keçirilib (FOTO)

Ölkəmizdə narkomaniyaya qarşı mübarizə sahəsində aparılan maarifləndirmə tədbirləri çərçivəsində Azərbaycan Ordusunun hərbi hissə və birləşmələri, xüsusi təyinatlı hərbi təhsil müəssisələrində seminar və görüşlər keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Keçirilən görüşlərdə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi rəisinin müavini polkovnik Aydın Əyyubov, Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu rəhbərinin müavini Tanrıverdi Aydınov, Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun sektor müdiri Rafiq Allahverdiyev, Azərbaycan Respublikası Milli Qeyri Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklə Mübarizə İdarəsinin əməkdaşı Şahlar Zeynalov, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin əməkdaşı Laçın Paşayev, Respublika Narkoloji Mərkəzin direktor müavini İlham Məmmədov iştirak edərək mövzu ətrafında fikirlərini bildiriblər.

Tədbirlərdə son illərdə ölkəmizdə narkomaniyaya qarşı dövlət səviyyəsində keçirilən tədbirlərdən, cəmiyyət arasında gənclərin bu zərərli vərdişlərə meyillilik hallarının qarşısının alınması istiqamətində görülən işlərdən, o cümlədən Azərbaycan Ordusunda narkomaniyaya qarşı mübarizə tədbirlərinin ən vacib məsələlərdən biri olduğundan danışılıb.

 

Sonda hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.