banner
banner

Hərbİ

"Erməni əsgərlərinə rus silahlarından atəş açırlar" - Sarkisyan

"Erməni əsgərlərinə rus silahlarından atəş açırlar"

Ermənistan prezidenti Serj Sarkisyan rusiyalı jurnalist Vladimir Poznerə verdiyi müsahibəsində Rusiyanın Azərbaycana silah satması problemini şərh edib.

“Biz dəfələrlə Vladimir Vladimiroviç Putin ilə bu mövzuda danışmışıq, biz bu barədə danışmaya bilməzdik. Məsələ bunda deyil... Biz bu gün döyüşqabiliyyətli orduya malikik, əslində isə belə bir orduya sahib olmaq üçün böyük vəsaitə ehtiyac var.

Bilirsiniz ki, Ermənistanın böyük vəsaiti yoxdur, amma döyüşqabiliyyətli ordusu var. Bu o cümlədən Ermənistanın müttəfiqləri sayəsindədir, Ermənistanın birinci strateji müttəfiqi isə Rusiyadır”, - “pozner” proqramında Sarkisyan deyib.

Verilişin audioyazısı pozneronline.ru saytında yerləşdirilib.

Erməni prezidentin sözlərinə görə, bu Rusiyanın Ermənistana hərbi-texniki yardım göstərdiyi və göstərəcəyini, təhlükə zamanı Ermənistanın yanında olacağı deməkdir.

Dövlət başçısının sözlərinə görə, erməni əsgəri ona atılan güllənin Rusiyadan alınan silahdan atıldığını bildikdə Rusiya silahının Azərbaycana satılması ermənilər üçün daha çox psixoloji xarakter daşıyır.

“Bu, ağır andır və mən əminəm ki, Rusiyanın baş qərargahında, Rusiya rəhbərliyində qüvvələrin tarazlığının pozulmasının nə ilə nəticələnəcəyini çox yaxşı təsəvvür edirlər.

Düşünürəm ki, düzgün hesablamalar aparılır və qərar qəbul edən rəhbərlər hər şeyi sona qədər hesablayıblar”, - Sarkisyan vurğulayıb.//Oxu.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.