banner
banner

Gündəm

İş axtaranların nəzərinə!

İş axtaranların nəzərinə!
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən işsiz və işaxtaran vətəndaşlar üçün Əmək yarmarkaları davam etdirilir.

Nazirlikdən Cia.az-a verilən məlumata görə, sabah, aprelin 29-da Yardımlı rayonunda, mayın 1-də isə Goranboy rayonunda Əmək yarmarkaları keçiriləcək. 
Yardımlı rayonunda 250-ə yaxın, Goranboy rayonunda isə 240-dək boş (vakant) iş yerləri işsiz və işaxtaran vətəndaşlara təklif olunacaq. Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərə kvota üzrə iş yerlərinin də təqdim edilməsi, habelə ayrı-ayrı işsiz və işaxtaran şəxslərin əmək bazarına çıxışının asanlaşdırılması məqsədilə onların peşə hazırlığına cəlb olunması üçün qeydiyyata alınması nəzərdə tutulur. 

Xatırladaq ki, ƏƏSMN tərəfindən işaxtaran və işsiz vətəndaşların münasib işlərlə təminatı məqsədilə ötən il ölkəmizin bölgələrində 60 Əmək yarmarkası keçirilib. Həmin aktiv məşğulluq tədbirlərində ümumilikdə 5753 nəfər vətəndaşa boş iş yerlərinə göndəriş verilib ki, onlardan 4838 nəfəri (və ya 85 faizi) göndərişlər əsasında münasib iş yerləri ilə təmin edilib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.