banner
banner

Gündəm

Saakaşvili 8 il cəza çəkəcək?

Saakaşvili 8 il cəza çəkəcək?
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Tiflisdə məhkəməsi başlayıb.

Cia.az-in məlumatına görə, M.Saakaşvili və onun bir sıra yaxın tərəfdaşı - keçmiş daxili işlər naziri Vano Merabişvili, keçmiş müdafiə naziri David Kezeraşvili, keçmiş ədliyyə naziri Zurab Adeişvili və Tiflisin keçmiş meri Gigi Ugulava müxalifətin 2007-ci il noyabrın 7-də dinc mitinqi dağıdılarkən vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunurlar.
Hazırda Ukraynada vəzifə daşıyan eks prezident məhkəmə prosesinə skaypla qoşulmaq təklifindən imtina edib.
M.Saakaşviliyə qarşı büdcəni dağıtmaq, məsrəfçilik də daxil olmaqla 3 cinayət işi açılıb. O, təqsirli bilinsə ona 8 il həbs cəzası veriləcək.
Xatırladaq ki, hazırda Ukrayna prezidenti yanında İslahatlar Şurasının sədri olan M.Saakaşvilini Kiyev hökuməti Tiflisə vermək istəmir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.