banner
banner

Gündəm

Ərdoğanı ölümlə hədələdilər...

Ərdoğanı ölümlə hədələdilər...

Türkiyə baş naziri Əhməd Davudoğlu Rizedə keçirilən seçki mitinqində müxalifətin ittihamlarına cavab verib.
Prezident Rəcəb Tayyib Ərdoğanla döyüş yoldaşı olduğunu deyən Türkiyə baş naziri CHP lideri Kamal Kılıçdaroğluya belə bir sual ünvanlayıb: 
"Sənin uğurun hanı? Prezidentimiz CHP-nin xaraba qoyduğu İstanbulu ən inkişaf etmiş şəhərə çevirdi. Bax, buna uğur deyərlər. Özünə uğur hekayəsi deyir, ancaq, nərdivana tərs çıxır. Nərdivana tərs çıxan adam milləti doğru yolla apara bilərmi?"
Onun sözlərinə görə, Ərdoğanla birlikdə ölümlə təhdid olunublar: 
"Bizə Allah və Millətimiz yeter. Prezidentimiz və məni ölümlə təhdid etdilər. Bizi tanımamışdılar. Biz anadan olandan ölümə təslim olmuşuq".
Davudoğlu daha sonra Fətullah Gülənin yaratdığı şəbəkədən danışıb
"Millətin iradəsini üç-beş belə şəbəkəyə təslim etmərik. HDP, CHP çıxsın "paralelçi"lərlə nə plan edir, açıqlasınlar. "HDP"-in parlamentə keçməsi üçün CHP də çalışır. Türk BƏƏS-çiləri (Səddam Hüseyn dönəmində İraqın hakim partiyası - red) isə kürd BƏƏS-çilər artıq bir aradadır".

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.