banner
banner

İdman

Konfrans Liqası: "Qarabağ" "Aberdin"ə qalib gəlib

Konfrans Liqası: "Qarabağ" "Aberdin"ə qalib gəlib

"Qarabağ" və Şotlandiyanın "Aberdin" komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda hesab açılıb.

"Report"un məlumatına görə, Ağdam təmsilçisinin heyətində Xayme Romero 30-cu dəqiqədə topu rəqib qapıdan keçirib.

***


Bakıda "Qarabağ" və Şotlandiyanın "Aberdin" komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu başlayıb.

"Report"un məlumatına görə, görüş Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

Qarşılaşmanı sloveniyalı Rade Obrenoviç başçılıq etdiyi hakimlər briqadası idarə edir.

***

“Qarabağ” avrokuboklarda növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasının vitse-çempionu Konfrans Liqasının pley-off mərhələsinin ilk matçına çıxıb. Qurban Qurbanovun yetirmələri Şotlandiyanın “Aberdin” klubu ilə üz-üzə gəlib. Oyun Ağdam təmsilçisinin üstünlüyü ilə keçib.

Matçın baş tutduğu Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünün bərbad durumu da “Qarabağ”ın texnikalı futbolçularının öz oyununu diqtə etməsinə mane olmayıb. Lakin təmsilçimiz bu üstünlüyü yalnız bir dəfə qola çevirə bilib. İlk hissənin ortalarında Xayme Romero qonaqların qapısına yol tapıb.

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 26-da keçiriləcək.

Konfrans Liqası
Pley-off, ilk oyun
19 avqust

20:00. “Qarabağ” – “Aberdin” (Şotlandiya) - 1:0

Qol: Xayme Romero, 30

Baş hakim: Rade Obrenoviç (Sloveniya)

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 81. Kevin Medina, 5. Maksim Medvedev (k), 30. Abbas Hüseynov, 27. Toral Bayramov, 2. Qara Qarayev, 6. Patrik Andrade, 10. Abdullah Zubir, 20. Kadi Borqes, 11. Xayme Romero, 77. Ramil Şeydayev
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 17. Panadero Zamora, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 19. Filip Ozobiç, 29. Marko Veşoviç

Baş məşqçi: Qurban Qurbanov

“Aberdin”: 1. Co Lyuis, 2. Ross Makkrori, 3. Cek Makkenzi, 4. Endryu Konsidin, 5. Deklan Qallaher, 8. Skott Braun, 16. Funso Ojo, 19. Luis Ferqyuson, 14. Cey Emmanuel-Tomas, 22. Kelvin Remsi, 9. Kristian Ramirez
Ehtiyat oyunçular: 25. Hari Vuds, 30. Tom Ritçi, 21. Cek Qurr, , 31. Kyeran Nqvenya, 35. Meyson Hankok, 15. Dilan Makqouç, 17. Conni Hayes, 18. Konnor Maklennan, 20. Teddi Cenks, 24. Din Kempbell, 10. Neyl Makqin

Baş məşqçi: Stiven Qlass

Tofiq Bəhramov adına Respublika stadionu



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.