banner
banner

Şou

ANS-in əməkdaşı ilə Ebru Gündeş arasında dava

ANS-in əməkdaşı ilə Ebru Gündeş arasında dava

Türkiyənin məşhur müğənnisi, iş adamı Rza Zərrabın həyat yoldaşı Ebru Gündeş Azərbaycanın gənc şairi, ANS-in əməkdaşı Zamir Erkin Ağazadənin yazdığı, lakin Aşiq Veysəlin adına çıxarılan "Hər gün ağlımdan keçirsən, insan bir salam verər" şeirlərini sosial şəbəkədə paylaşıb.

CİA.Az aznews.az-a istinadən xəbər verir ki, Ebru Gündeş etdiyi paylaşıma da "Vayyyy, bayıldım" sözlərini də yazıb.

Bundan xəbər alan ANS-in əməkdaşı sənətçinin etdiyi paylaşmanın altında sətirlərin ona aid olduğunu və edilən səhvin düzəldilməsini tələb edib.

Zərər çəkən azərbaycanlı şair olay haqda bunları deyib: "Artıq 2 ildən çoxdur ki, bu sözün mənə aid olduğu iddiasını edirəm. Çünki daha əvvəl o söz heç bir yerdə dərc edilməyib və kiminsə olduğu söylənilməyib. Bundan 2 il əvvəl mən öz Facebook səhifəmdə və blogumda öz imzamla paylaşma etdim. 1 aydan sonra isə sosal media istifadəçiləri tərəfindən sözümün imzasız və hətta A.Veysel imzası ilə paylaşıldığını gördüm. Amma öz çevrəmdə tək olduğum üçün heç biri ilə bacara bilmədim, çünki A.Veysel adı daha məşhur idi. Sətirlərin mənə aid olduğunu qeyri-mümkün zənn etdilər. Amma azacıq ədəbiyyatdan xəbəri olan, ozan şeirlərini oxuyanlar mənim olduğunu qəbul edirlər. Nə isə, bunlara alışdım. Çünki hamısını sənətdən, ədəbiyyatdan uzaq biri olaraq qəbul edirəm. Amma bir ölkənin sənətçisi də belə şərh yazırsa, daha söyləyəcək söz tapa bilmirəm. Heç olmasa, siz etməyin. Bəlkə də başqası etsəydi, bu qədər ağır zərbə olmazdı. O söz mənə aiddir, inanmayanlar araşdıra bilər. Ebru xanım kimin sözünə bayıldığını bilməlidir...”.

Qeyd edək ki, bu paylaşma təxminən 10 min nəfər tərəfindən bəyənilib.

Zamir Erkin Ağazadənin həmin şeiri Türkiyədə yayımlanan "Anadolu şairləri” və "Türk dünyası şairləri” antolojiyalarında işıq üzü görüb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.