banner
banner

Sosİal

Azərbaycan əsgəri üçün ən müasir çəkmələr

Azərbaycan əsgəri üçün ən müasir çəkmələr

Türkiyə Quru Qoşunları «yeni nəsil» hərbi çəkmələri istifadəyə qəbul edib. APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, “Yakupoğlu Dəri Sənaye” (YDS) şirkəti tərəfindən aparılmış geniş tədqiqatlar nəticəsində hazırlanan yeni çəkmələr əsgərlərin ayağını döymür, eyni zamanda hərbi çəkmələrlə bağlı yaşanan bir çox problemləri aradan qaldırılır.

Çətin şəraitlərdə, bütün fəsillərdə istifadə oluna bilən, qabaqcıl daban texnologiyasının tətbiq olunduğu yeni çəkmələr orduda geyilən mövcud çəkmələrdən 300 qram yüngüldür.

YDS şirkətinin İdarə Heyətinin sədri Vedat Yakupoğlu rəhbərlik etdiyi şirkətin Türkiyə ilə yanaşı İtaliya, Fransa, İngiltərə, Rusiya, Azərbaycan, digər dövlətlərin orduları üçün hərbi çəkmələr istehsal etdiyini, yeni çəkmələrin isə “dünyada ən son modul və ən yaxşısı” olduğunu vurğulayıb.

Yanları kamuflyaj olunmuş çəkmələr əsgərlərin geyimləri ilə uyğunluq təşkil edir.

V. Yakupoğlu Türkiyə Quru Qoşunları üçün xüsusi olaraq hazırlanmış çəkmələrin Azərbaycan və Rusiya Silahlı Qüvvələri tərəfindən də seçildiyini bildirib.

Qeyd edək ki, sentyabr ayında Bakıda keçirilmiş ADEX-2014 sərgisi çərçivəsində Azərbaycan Silahlı Qüvvələri üçün YDS-dən 125 min cüt hərbi çəkmənin alınmasına dair müqavilə imzalanıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.