İndoneziyada narkotik maddələrin qaçaqmalçılığna görə ölümə məhkum edilmiş 8 nəfər edam edilib. Cia.az-ın məlumatına görə, edam prosesi Nusakambanqan şəhərindəki Besi həbsxanasında səhərin erkən saatlarında icra olunub. Lakin son anda 9-cu filipinli qadın məhkumun edamı təxirə salınıb. Avstraliya bu edamların ləğv olunması üçün İndoneziyaya müraciət etsə də nəticə verməyib. Edam olunanlar arasında avstraliyalı, nigeriyalı, braziliyalı və indoneziyalı var. Filippinli Mari Jane Fiesta Velosonun edamı son anda Filippin prezidentinin xahişi ilə təxirə salınıb. Onun işinə yenidən baxılması qərara alınıb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.