banner
banner

İdman

"Barselona" ilə PSJ arasında çox fərq yoxdur"

"Barselona" ilə PSJ arasında çox fərq yoxdur"

"Liverpul"un baş məşqçisi Yurgen Klopp Lionel Messinin "Barselona"dan ayrılıb, PSJ-yə keçməsi barədə danışıb.

Qol.az xəbər verir ki, 54 yaşlı mütəxəssis "Bild"ə açıqlamasında deyib:

"PSJ-nin də loqosunda qırmızı və mavi rənglər var. Buna görə "Barselona" ilə arasındakı fərq o qədər də böyük deyil. Ancaq ümumiyyətlə, bunları təsəvvür etmək çətindir. "Barselona" indi keçmişin maliyyə çətinlikləri ilə mübarizə aparır. Nadir hallarda olur ki, bir yerə gedirsən, nə isə istifadə edirsən, amma sonra bunun qarşılığında pul vermirsən".

Klopp PSJ-nin heyətində tanınmış və təcrübəli futbolçuların çox olmasına baxmayaraq, komandanın yaxşı nəticələr əldə etmədiyini söyləyib:

"PSJ "Brest" ilə matçda 4: 2 hesabı ilə qalib gəldi. Komandanın heyətinə nəzər salanda, onlardan 8:0 hesablı qələbə gözləmək olardı. Lakin hesab 4:2 idi. Bu, futbolda gözəl bir şeydir - kimin qalib gələcəyini heç kim bilmir. Bəzi insanların şansı daha yüksək, bəzilərinin isə daha aşağıdır. Amma hər kəsin bir şansı var. Düşünürəm ki, futbolun ən gözəl tərəfi budur".

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.