Hind gözəlləri bu üsulla dərilərinə qulluq edirlər
Hindli qadınlarən əksəriyyəti üz baxımı üçün kosmetoloji mərkəzlərə getmək əvəzinə evdə olan ərzaqlarla baxım etməyə üstünlük verir. Bu cür maskalar isə onları hər zaman gənc, təravətli saxlayır.
Axşam.az xarici KİV-ə istinadən Hindistanda qadınların baxım üçün istifadə etdiyi vasitələri təqdim edir:
1994-cü ildə "Miss World" seçilən 47 yaşlı Aişvariy Ray dərisinə noxud unu, sarıköklə hazırlanan maska çəkir. Sarıkökün tərkibində olan maddələrin dəriyə xeyirli olduğu bildirilib. Eyni zamanda dəri qocalmasının qarşısını alır, kollageni artırır. Amma onu çox istifadə etməyin, dəri rənginiz sarala bilər.
Üzümlə yaşlanmanı gecikdirmək hind xanımlarının ən böyük sirridir. Hind üzümü olaraq bilinən alma şirəsi maska üçün ən önəmli vasitədir. Amla suyunu balla qarışdırıb üzə çəkmək qırışların qarşısını alacaq.
50 yaşlı hindli ulduz Padma Lakşmi qüsursuz dərisinin olmasını bala borclu olduğunu açıqlayıb. O, gözaltından başqa bütün üzünə bal çəkir. Bal dəridəki iltihabı azaldır. Dərini təravətli və daha canlı edir.
40 yaşlı Kareena Kapur Xan mətbəxdə olan ərzaqlarla dərisinə qulluq edir. Aktrisa 2 xörək qaşığı sandal ağacı toxunu iki damcı E vitamini və bir az sarıköklə qarışdırıb üzünə çəkir. əgər dəriniz qurudursa, sandal ağacı tozunu balla qarışdırıb çəkin.
Aktrisa Freida Pinto dərisini nəmləndirmək üçün hind qozu yağından istifadə edir. O, dəridəki mikrobları öldürür, yaraları sağaldır, iltihabı azaldır, səpkiləri qurudur.
Astrologiya və numerologiyaya görə doğum ayı insanın xarakteri, davranışları və həyat situasiyalarına reaksiyası haqqında müəyyən təsəvvür yarada bilər. Bəzi insanların isə təbiətən daha sakit, balanslı və konfliktlərdən uzaq olduğu düşünülür.
Ailə ziyafətləri və bayram süfrələri üçün salat hazırlayarkən bərk qaynadılmış yumurtaların qabığının çətin soyulması və ağından hissə-hissə qopması bir çox aşpazın qarşılaşdığı ən böyük problemlərdən biridir.
Boston Universitetinin alimləri müəyyən ediblər ki, qocalmış hüceyrələri məhv edən ABT-263 preparatı yaşlı orqanizmlərdə dərinin zədələnmiş nahiyələrinin daha tez sağalmasını sürətləndirə bilər.
Gündəlik gigiyena qaydası hesab etdiyimiz vərdiş əslində eşitmə qabiliyyətini tamamilə itirməyə səbəb ola bilər. Mütəxəssislər illərdir doğru bildiyimiz bu metodun təhlükələrini açıqlayıb.
Yağlı saçlar bir çox insanın ortaq problemidir və çox vaxt yanlış qulluq vərdişlərindən qaynaqlanır. Saçın tez yağlanması həm estetik görünüşə xələl gətirir, həm də saç diblərinin havasız qalmasına səbəb olur.