banner
banner

Gündəm

Emin Ağalarovdan Bakıda tikdirəcəyi bulvarla bağlı paylaşım

Emin Ağalarovdan Bakıda tikdirəcəyi bulvarla bağlı paylaşım

Bir neçə gün əvvəl Xalq artisti Emin Ağalarov Bakıda ticarət mərkəzi və bulvar inşa etdirəcəyini açıqlayıb.

BAKU.WS xəbər verir ki, sənətçi bununla bağlı sosial şəbəkədə paylaşım edib.

Xalq artisti şəxsi instaqram hesabında layihənin planı olan vərəqlə çəkdirdiyi fotosunu yayımlayıb və bunları əlavə edib:

“İnşaat hər zaman layihənin sxemindən başlayır. Bu, çox yaradıcı prosesdir. Hətta deyərdim tikinti bir mahnıdır, əgər hər şey həmahənglik təşkil edirsə, onda nəticə olacaq!”.

Xatırladaq ki, hər iki ticarət mərkəzi və bulvarın tikintisi “Sea Breeze” kurort qəsəbəsində reallaşdırılacaq. Ticarət mərkəzinin tikintisinə sentyabrın 15-də start veriləcək. Layihənin ümumi ərazisi 60 min kv.m-ə qədər çatdırılacaq. Onun 34 min kvadrat metrini dayanacaq əhatə edəcək. Yaxın gələcəkdə isə daimi yaşayış üçün mehmanxana və apart otellərinin tikintisinə başlanılacaq. Müəssisələrin müvafiq olaraq 2023 və 2024-cü illərdə açılması planlaşdırılır.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.