banner
banner

Sosİal

DYP-dən sürücü və piyadalara MÜRACİƏT

DYP-dən sürücü və piyadalara MÜRACİƏT

Baş Dövlət Yol Polisi İdarəsi Bakı şəhərində və bölgələrdə hava şəraitinin dəyişəcəyi ilə bağlı sürücü və sərnişinlərə müraciət edib.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi Namidan Piriyev APA-ya açıqlamasında bildirib ki, bu cür hava şəraitində sürücülər avtomobillərinin texniki sazlığını yoxlamalı, zərurət olmadığı hallarda ötmə əməliyyatı aparmamalı və qəfil manevrlər etməkdən çəkinməlidirlər.

Qurum rəsmisi piyadaların da öz növbəsində hava şəraitinin tələblərinə uyğun hərəkət etmələrini tövsiyə edib:

"Piyadalardan asfalt örtüyünün yaş olması səbəbindən yolu keçərkən yaxınlaşmaqda olan avtomobillərin qısa məsafədə dayana bilməyəcəyini nəzərə alaraq yolu yalnız onlar üçün müəyyən edilmiş yerlərdən keçmələri, yolun avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş hissəsi ilə piyada getməmələrini xahiş olunur”.

N.Piriyev həmçinin qarşıdakı günlərdə küləyin sürətinin artacağı ilə bağlı sürücüləri təhlükəsizlik qaydalarına daha çox əməl etməyə, avtomobillərini hündürmərtəbəli binaların və ağacların altında saxlamamağa çağırıb.

Qeyd edək ki, ETSN Milli Hidrometeorologiya Xidməti bu gün axşamdan etibarən hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.