banner
banner

İdman

Tokio-2020: Azərbaycanın iki para-atleti finala yüksəldi

Tokio-2020: Azərbaycanın iki para-atleti finala yüksəldi

Azərbaycanın qadın para-atletləri Yulia Yanovskaya və Lamiyə Vəliyeva Tokio-2020 Yay Paralimpiya Oyunlarında 400 metr məsafəyə qaçışda finala yüksəlib.

Hər iki idmançı təsnifat mərhələsində ikinci yeri tutub. Yanovskaya 56.56, Vəliyeva isə 55.71 saniyəlik nəticə göstərib. Final mərhələsi sabah olacaq.

Nizə atma növündə yarışan Orxan Qasımov 58.96 metr nəticə ilə yarışı 5 -ci yerdə tamamlayıb.

25 metr məsafəyə güllə atma yarışında çıxış edən Yelena Taranova təsnifat mərhələsində mübarizəni dayandırıb.

Para-taekvondoçular Röyalə Fətəliyeva (49 kq) və İmaməddin Xəlilov (61 kq) isə təsəlliverici görüşlərdə məğlub olaraq, yarışla vidalaşıblar.

Qeyd edək ki, aktivində 11 qızıl, 1 gümüş və 4 bürünc medalı olan Azərbaycan komandası medal sıralamasında 10-cu pillədə qərarlaşıb.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.