Səudiyyə Ərəbistanı liderliyindəki ərəb ölkələri koalisiya qüvvələrinə aid döyüş təyyarələri Səna havalimanını bombalayıb. Cia.az-ın məlumatına görə, koalisiya qüvvələri bu yolla Yəməndəki husilərə yardım daşıyan İran təyyarəsinə maneə olmağa çalışıb. Ancaq cəhdlərə baxmayaraq təyyarə radio əmrlərini dinləməyərək Sənaya doğru yola davam edib. Bundan sonra döyüş təyyarələri İran təyyarəsinin enişinə maneə yaratmaq üçün Səna havalimanının eniş zolağını bombalayıb. İran təyyarəsi bombardman səbəbiylə geri dönməyə məcbur olub. Bombardman zamanı Yəmənə aid bəzi sərnişin təyyarələri də alovlar içində qalıb. İran rəsmi xəbər agentliyi İRNA yardım daşıyan təyyarədə tibbi vəsaitlər və qida olduğunu açıqlayıb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.