banner
banner

İdman

Braziliya - Argentina oyunu təxirə salındı VİDEO

Braziliya - Argentina oyunu təxirə salındı VİDEO

DÇ-2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsinin Braziliya – Argentina oyunu təxirə salınıb.

DÇ-2022-nin seçmə mərhələsində Braziliya Argentina yığmasını qəbul edib. Oyunun başlanmasından dörd dəqiqə sonra matç dayandırlıb - 0:0. Meydana Braziliya Milli Sağlamlıq Nəzarət Agentliyinin əməkdaşları və polislər daxil olub. Onların məlumatına görə, Argentina yığmasının dörd futbolçusu karantin rejimini pozaraq ölkəyə daxil olublar.

Bunlar, Emiliano Martines, Emiliano Buendia (hər iki futbolçu “Aston Villa”da oynayır), Covanni Lo Çelso, Kristian Romero ( hər iki futbolçu “Tottenhem”də çıxış edir) Böyük Britaniyadan Braziliyaya gələnlər 14 gün karantində olmalıdırlar.

Məlumata görə, adı qeyd olunan futbolçular karantin rejimini pozublar. Qeyd olunur ki, Argentina yığmasının futbolçuları meydanı tərk ediblər.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.