banner
banner

Gündəm

Whatsapp-dan pis xəbər

Whatsapp-dan pis xəbər

Dünyanın ən məşhur mesajlaşma tətbiqi Whatsapp-dan istifadəçilərinə pis xəbər gəlib. 
Cia.az-ın məlumatına görə, hər yeniliyi ilə istifadəçilərini sevindirən tətbiq bu dəfə əksini edib. WhatsApp bir müddət öncə istifadəyə verdiyi yeni xidmətini ləğv edib. 
Bir neçə həftə öncə tətbiqin "Google Drive"a inteqrasiya olunacağı açıqlanmış və yeni xidmət istifadəyə verilmişdi. WhatsApp-ın "Google Drive"a inteqrasiya edilməsi nəticəsində istifadəçilərinin paylaşdıqları mesajlar, foto və videolar arxivləşdirilirdi. Beləliklə WhatsApp istifadəçiləri məlumatlarını və fayllarını "Google Drive"da asanlıqla saxlaya bilirdilər. 
Ancaq telefon dəyişdirənlərə və ya birdən çox telefon istifadə edənlərin işini asanlaşdıracaq yeniliyi artıq istifadə etmək mümkün olmayacaq. Son yenilənmədən sonra sözü gedən yenilik ləğv edilib.
Məsələ ilə bağlı WhatsApp tərəfindən hələlik heç bir açıqlama verilməyib. Ehtimal edilir ki, "Google Drive"ın "backup" yenilənməsində bir problem aşkarlandığı üçün son yenilik ləğv edilib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.